Rusiya qüvvələri “Şahid” tipli hücum dronları (İran istehsalı) ilə Bryansk və Krasnodar vilayətlərindən Ukraynaya hücum ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Ümumilikdə, rekord sayda kamikadze dron buraxılışı qeydə alınıb.
Gecə saatlarında Kiyev vilayətində yerləşən hərbi obyektlər və mühüm infrastruktur hədəfə alınıb. Rusiya tərəfindən atılan pilotsuz təyyarələrin əksəriyyəti məhv edilib.
Hücumun dəf edilməsinə Ukrayna Hərbi Hava Qüvvələrinin “Cənub” və “Qərb” hava komandanlığının qüvvə və vasitələri və Müdafiə Qüvvələrinin digər komponentlərinin hava hücumundan müdafiə sistemləri cəlb olunub.
“Uğurlu döyüş əməliyyatı nəticəsində 52 “Şahid” məhv edilib”, - məlumatda deyilir.
Gecə saatlarında Ukraynanın bir sıra şəhərlərində hava xəbərdarlığı elan edilib. Səbəb Rusiyanın Ukraynaya kamikadze pilotsuz uçan aparatlarla kütləvi hücumu olub. Xüsusilə də, ruslar Kiyev vilayətinə çoxlu sayda dron atıb. Paytaxtın bir sıra rayonlarında dağıntılar və insanlar arasında tələfat var.