Türkiyənin dörd sabiq nazir haqqında qurulan Məclis İstintaq Komissiyasının toplantısı başa çatıb.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, komissiya keçmiş daxili işlər naziri Müəmmər Gülər, keçmiş sənaye və ticarət naziri Zəfər Çağlayan, keçmiş Avropa Birliyi naziri Egemen Bağış və keçmiş ətraf və şəhərsalma naziri Ərdoğan Bayraktarın Yüksək Divanda mühakimə olunmasını rədd edib.
Xatırladaq ki, adıçəkilən sabiq nazirlər 2013-cü 17-25 dekabr əməliyyatından sonra hökümətdən uzaqlaşmalı olmuşdu.