28 May 2023 23:19
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndi yeni bir dövr başlayır, qalib türk millətçiləri, Atatürkçülər, türk milləti və türk dünyası, uduzan isə linç mədəniyyəti və terrora bağlı olanlar və onlara güvənənlər oldu”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan tviterdə bildirib.

“Prezident seçkiləri prosesi başa çatıb. Bu nəticəyə görə birinci turda dəstəyini əsirgəməyən seçicilərimiz ikinci turda da bizi dəstəkləməyə davam edərək Türkiyənin sabitliyinə səs verdilər.

Seçicilərimiz bu səslərin Sinan Oğana verilmədiyini deyənlərin coşqusundan əl çəkdilər, bizə güvəndilər və böyük ölçüdə yerimizi seçdilər. Buradan plana sadiq qalan bütün vətəndaşlarıma minnətdarlığımı bildirmək istəyirəm” - Sinan Oğan vurğulayıb.


Müəllif: Teleqraf.com