28 May 2023 23:44
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

İYİ Partiyasının lideri Meral Akşener prezident seçkilərinin 2-ci turunun tam rəsmi nəticəsini gözləmədən Rəcəb Tayyib Ərdoğanı qələbə münasibəti ilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Son Dakika" məlumat yayıb.

"Seçici bizim üçün ən təmiz meyardır. Millətimiz bu seçkidə deyəcəyini dedi. Bu mesajı anlamaq bizim borcumuzdur. İYİ Partiya olaraq bunu edəcəyik. Ümidsiz olmayın. Problemləri həll etmək vaxtıdır.

Qeyri-rəsmi nəticələrə görə, yenidən prezident seçilən cənab Rəcəb Tayyib Ərdoğanı təbrik edirəm", - Akşener qeyd edib.


Müəllif: Teleqraf.com