Ukrayna müdafiə qüvvələri son sutka ərzində Rusiyanın 27 hücumunun qarşısını alıb. Rusiya qoşunları əsas səylərini Luqansk və Donetsk vilayətlərini tamamilə işğal etməyə yönəldib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ruslar Kupyan istiqamətində Masyutiv, Kroxmalne və Novoselivsk, eləcə də Stelmaxiv-Luqansk ərazilərində uğursuz hücum əməliyyatları keçirib.
Liman istiqamətində hücuma keçən rus ordusu Beloqoriv, Siversk və Spirneyə zərbələr endirib.
Baxmut istiqamətində isə Toretsk hava zərbələrinə məruz qalıb.
Ukrayna ordusu Avdivdə də rusların çoxsaylı hücumlarını dəf edib. Bu istiqamətdə şəhərin özü və Vodyanı hücuma məruz qalıb.
Marin şəhəri ərazisində Rusiya qoşunlarının 12 hücumunun qarşısı alınıb.
Şaxtyor istiqamətində Uqledar və Preçistivə aviazərbələr endirilib.