30 May 2023 12:33
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçirilən seçkidən sonra gözlər yeni kabinetə çevrilərkən, Ankarada mühüm görüş baş tutub.

Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan baş nazirin iqtisadi məsələlər üzrə keçmiş müavini Məhmət Şimşəklə görüşüb.

Görüşdən sonra heç bir açıqlama verilməyib.

Seçkidən əvvəl Məhmət Şimşəkin adı seçkidən sonra formalaşacaq yeni kabinetdə yer alacağı iddiası ilə dəfələrlə gündəmə gəlmişdi.

Prezidentin sözçüsü İbrahim Kalın onun yeni kabinetdə vəzifə alacağı ilə bağlı belə demişdi:

“Məhmət bəy dolayı yolla bu prosesə dəstək verdi. Bundan sonra da verəcək”.

İqtisadiyyat Nazirliyinin Məhmət Şiməkə həvalə ediləcəyi iddialar arasındadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər