30 May 2023 15:52
1 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun 12-23 iyun tarixlərində keçiriləcək hava hücumundan müdafiə təlimləri təxribat deyil.

Teleqraf.com xəbər verir ki, Almaniya Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant İnqo Gerxar deyib.

Onun sözlərinə görə, təlimlər alyans qüvvələrinin təhdidlərə operativ cavab vermək qabiliyyətini yoxlamaq məqsədi daşıyır.

Estoniyada NATO-nun müxtəlif ölkələrindən 14 mindən çox hərbçinin iştirakı ilə “Bahar Fırtınası” adlı təlimləri keçirilir. Təlimlər iki həftədir davam edir. Təlimlərdə şərti düşmən səngərlərinə hücum və kəşfiyyat əməliyyatlarının aparılması məşqləri edilir.

Təlimlər Rusiyada etirazlara səbəb olub.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər