“Ukrayna hazırda çeçen mücahidlərin vaxtilə Rusiyaya qarşı həyata keçirdiyi strategiyadan istifadə edir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Rusiya-Ukrayna müharibəsinin istiqamətinin tədricən dəyişməyə başladığını söyləyib:
“Müharibə Rusiya ərazisinə inikas olunub. Rusiyanın Ukrayna ilə sərhədə yaxın Belqorod şəhəri ətrafında döyüşlər, Moskva səmasında isə Ukrayna istehsalı savaş dronları qeydə alınıb. Müharibənin gedişində keçmiş aylarda olduğu kimi, Rusiyada neftayrıma zavorlarında müəmmalı partlayışlar da baş verə bilər.
Rusiya Ukraynaya qarşı bir ildən çoxdur işğalçı müharibə aparır, minlərlə günahsız insan həlak olub, şəhərlər dağıdılıb, paytaxt Kiyev tez-tez raket atəşinə tutulur. Buna cavab olaraq, Ukrayna müharibəni tədricən Rusiya ərazisinə keçirməyə çalışır. Bu, Kiyevin Rusiya cəmiyyətinə mesajıdır ki, işğalçı müharibəni davam etdirdiyiniz halda bizim kimi sizin də rahat həyatınız pozulacaq.
Baş verənlər bir növ Birinci Çeçenistan savaşında çeçen mücahidlərin əks-həmlələrinə bənzəyir.
Çeçenistan şəhərləri və kəndlərinin dağıdılmasına, minlərlə dinc sakinin qətlinə cavab olaraq çeçen mücahid Şamil Basayevin dəstəsi ilə Rusiyanın Budyonovks şəhərinə hücum əməliyyatı keçirmişdi. Ukrayna hazırda vaxtilə çeçen mücahidlərin həyata keçirdikləri strategiyadan istifadə edirlər”.