31 May 2023 10:26
1 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında Rusiyanın Krasnodar vilayətində “Afip” neft emalı zavodunda yanğın baş verib. Yerli hakimiyyət orqanları yanğının dron hücumundan sonra başlaması haqda məlumat yayıblar.

Teleqraf.com xəbər verir ki, Krasnodarla yanaşı, Rusiyanın digər bir vilayəti – Belqorod da hədəfə alınıb.

“Siverski rayonunda “Afip” neft emalı zavodunun ərazisində yanğın baş verib. Mazutu distillə edən qurğulardan biri yanıb. Səbəb PUA hücumudur”, - vilayətin qubernatoru Venyamin Kondratyev deyib.

Eyni zamanda, Teleqram kanalları ərazidə güclü partlayış səsinin eşidildiyini, zavodun alov və tüstüyə büründüyünü bildirirlər.

Yanğın 100 kvadratmetr ərazini əhatə edib. Artıq yanğının söndürüldüyü qeyd edilir. Heç kim xəsarət almayıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyirlər.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna tərəfindən mülki əhalinin məskunlaşdığı ərazilərin atəşə tutulduğunu açıqlayıb. Onun sözlərinə görə, bir nəfər xəsarət alıb.

“İlkin məlumata görə, bir qurban var. Yaşayış binalarına ziyan dəyib, maşınlar yanıb”, - qubernator söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər