“Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynadan deyil, Rusiyadan qisas almalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib.
“Kadırov Ukraynanı hədələmək əvəzinə Moskvadan və Putinin özündən qisas almalıdır. Çeçenləri öldürən və məhv edən ruslar idi. Çeçenistanı əsrlər boyu əsarətdə saxlayan, minlərlə insanı qətlə yetirən, qadın və uşaqlara işgəncə verən, şəhərləri yerlə-yeksan edən, əcdadlarının məzarlarını murdarlayan ruslar idi. Qroznıda dinc əhalini tanklarla əzən ukraynalılar yox, rus tankları idi. Çeçen xalqı bunu xatırlayır və unudanlar üçün xatırlamağın vaxtıdır”, - Danilov bildirib.
Bundan əvvəl Ramzan Kadırov Ukraynadan qisas alacağını demişdi.