Qazaxıstan Müdafiə Nazirliyi Rusiya-Ukrayna sərhədinə sülhməramlı qüvvə göndərilməsi ehtimalını şərh edib.
Teleqraf.com xəbər verir ki, açıqlamada belə bir addımın mümkünlüyünə diqqət çəkilib.
“Belə risklər yoxdur. Birincisi, bu, dövlətin könüllü iştirakıdır. İkincisi, hərbi kontingentin dövlətdən kənar istənilən istiqaməti parlament tərəfindən təsdiqlənir. Parlament təsdiq etsə, əlbəttə, bu olacaq. Biz parlamentə cavabdeh ola bilmərik, biz Müdafiə Nazirliyinə cavabdehik”, - Qazaxıstan müdafiə nazirinin müavini Sultan Kamaletdinov deyib.