31 May 2023 20:25
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynaya 1,25 milyard dollar qrant göndərib.

Teleqraf.com xəbər verir ki, bu haqda Ukrayna Maliyyə Nazirliyi açıqlama yayıb.

Bu il Kiyevin artıq Vaşinqtondan 6 milyard dollar qrant aldığı vurğulanıb. Bildirilir ki, ABŞ-nin dəstəyi humanitar və sosial xərclərin təmin edilməsinin vacib hissəsidir. Nazirlik əlavə edib ki, əldə olunan vəsait təhsil işçilərinin və səhiyyə işçilərinin maaşlarına, həmçinin uşaqlı ailələrə müavinətlərin ödənilməsinə yönəldiləcək.


Müəllif: Teleqraf.com