31 May 2023 23:35
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin üçüncü dünya müharibəsini istəmədiyi üçün Ukraynanın Rusiya ərazisinə zərbələrini dəstəkləmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ evin strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi brifinqdə bildirib.

“Üçüncü dünya müharibəsindən qaçınmaq üçün” o, jurnalistlərə ölkəsinin niyə Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələrə qarşı olduğunu soruşduqda deyib.

Həmçinin Vaşinqton əmindir ki, Ukrayna ötürülməsi planlaşdırılan ABŞ istehsalı olan F-16 təyyarələrindən Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə etməyəcək.

“Bəli. Biz təkcə Prezidentdən (Ukrayna Prezidenti Volodimir Zelenski – red.) deyil, həm də Ukraynanın digər yüksəkrütbəli hərbi liderlərindən müxtəlif səviyyələrdə təminat almışıq”, - Ağ ev rəsmisi diqqətə çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər