Rusiya qüvvələri Donetsk vilayətinin Xromovo rayonunu ələ keçirməyi planlaşdırır. Bu istiqamətdə artilleriya zərbələri artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Rusiya qoşunları son sutka ərzində Baxmut ətrafında məhdud quru hücumları həyata keçiriblər. Ukrayna Baş Qərargahı da rusların Orixovo-Vasilivka və Bila Xora yaxınlığında uğursuz hücum əməliyyatları barədə məlumat yayıb.
İndi Rusiya ordusu Kramatorsk istiqamətində irəliləmək məqsədilə Xromovonu ələ keçirməyi hədəfləyir.
İvanivsk və Klişçivka arasında, xüsusən də Klişçivka ətrafında mövqe döyüşləri davam edir. Hazırda Rusiya nizami ordusunun və Donetskdəki separatçı qüvvələrin bölmələri Baxmutda mövqe tuturlar.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Luqansk vilayətinin Biloqorivka rayonunda müəyyən irəliləyiş əldə edib.
Regionda döyüşlər dayanmır. Baxmut şəhəri aylardır ən qaynar nöqtə olaraq qalır.