1 İyun 2023 16:37
1 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin Ukraynanın NATO-ya üzv olmaq istəyinə görə Rusiyanın bu ölkəyə hücum etməsi ilə bağlı bəyanatına cavab verib.

Teleqraf.com xəbər verir ki, açıqlamada Rusiyanın Ukrayna ərazilərini işğal etmək üçün bəhanələrdən istifadə etdiyi bildirilib.

Departament Qaribaşviliyə xatırladıb ki, Rusiya təcavüzü 2022-ci ildə başlamayıb, genişmiqyaslı işğal 2014-cü ildə Krımın və Luqansk və Donetsk vilayətlərinin bir hissəsinin ilhaqının davamıdır.

ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynanın NATO-ya üzv olmaq istəyindən ölkəni işğal etmək üçün bəhanə kimi istifadə etdiyini vurğulayıb.

“Prezident Putini dayandırmaq səylərimizin bir hissəsi kimi, 2022-ci il fevralın 24-də suveren Ukrayna ərazisində tammiqyaslı işğalın başlanmasından bəri Birləşmiş Ştatlar ardıcıl olaraq Rusiyanın tuta biləcəyi iki yoldan danışır: dialoq və diplomatiya, yaxud eskalasiya və uzağa gedən nəticələr. Biz birinciyə nail olmaq üçün real və səmimi səy göstərdik, amma Putin müharibəni seçdi”, - açıqlamada deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər