Türkiyədə keçirilən seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğanın qələbə qazanmasından sonra hakim siyasi qüvvənin gündəmində əsas məsələ yeni hökumətin formalaşdırılmasıdır.
Teleqraf.com xəbər verir ki, yeni Nazirlər Kabineti ilə yanaşı, parlament sədrinin kim olacağı da müzakirə mövzusudur.
“Hürriyət” qəzetinin məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş Türkiyə parlamentinin sədri olacaq.
“Hakim Ədalət və İnkişaf Partiyasının seçkilərdən sonra gündəmində yeni Nazirlər Kabinetinin və parlament sədrinin seçilməsi var. Yeni parlament sədri ilə bağlı sual artıq böyük ölçüdə həll olunub, o Numan Kurtulmuş olacaq”, - qəzet yazır.
Parlamentin hazırkı sədri Mustafa Şəntopdur.