1 İyun 2023 23:28
3 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 5 milyon lirədən (təxminən 260 min dollar) çox borcu, mənzili və torpaq sahəsi var. O, əmanətləri yalnız türk lirəsi ilə saxlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının gəlir bəyannaməsində bildirilir.

Bəyannamədə qeyd olunub ki, Ərdoğan və həyat yoldaşı 2019-cu ildən İstanbulun Üsküdar rayonunda 7,7 milyon türk lirəsi (370 min dollar) dəyərində bir mənzilə, həmçinin 1988-ci ildən Qara dəniz sahilindəki Rizə vilayətində 0,2 hektar torpaq sahəsinə sahibdirlər. Prezidentin üç bank filialında 1,8 milyon lirədən (86 min dollar) çox vəsaiti var.

Dövlət başçısının həmçinin Mustafa Ərdoğana 5 milyon 390 min lirə (259 min dollardan çox) borcu da var. Yerli media həmin şəxsin siyasətçinin qardaşı olduğunu yazır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər