İyunun 2-nə keçən gecə Rusiya ordusunun birləşmələri Ukraynanın paytaxtı Kiyevə hava hücumu həyata keçirib.
Teleqraf.com xəbər verir ki, Rusiya ordusu eyni vaxtda dron və qanadlı raketlərlə paytaxta hücum ediblər.
Raket buraxılışları Xəzərdəki Tu-95MS strateji bombardmançı təyyarələrindən, ehtimal ki, X-101/555 tipli qanadlı raketlərlə həyata keçirilib. İlkin məlumata görə, “Şahed” PUA-ları eyni vaxtda müxtəlif istiqamətlərdən Kiyevə hücum edib.
Ukraynanın hava hücumundan müdafiə qüvvələri 30-dan çox müxtəlif təyinatlı hava hədəflərini aşkarlayaraq məhv edib. Dağıntı və tələfat barədə məlumat yoxdur