Ukrayna tərəfində döyüşən “Azad Rusiya” Legionu və “Rusiya Könüllüləri” Korpusunun döyüşçüləri Belqorod vilayətinin sərhəd yaşayış məntəqələri ərazisində döyüşürlər.
Teleqraf.com xəbər verir ki, bu barədə legionun Teleqram kanalı məlumat yayıb.
“Azad Rusiya” Legionu sərhəd kəndlərindən birinin ərazisində öz tankınının fotosunu da yayımlayıb:
“Şebekino yaxınlığındakı Nova Tavolyanka kəndində “Azad Rusiya” bayrağı olan tankımız. Vətənimizdən sabahınız xeyir! Mübarizəni davam etdiririk”, - məlumatda deyilir.
Dünən könüllülər məlumat vermişdilər ki, bölmələri artıq Şebekino şəhərinin ətrafında (Nova Tavolyanka, Titovka) döyüşürlər.
“Azad Rusiya” Legionu və “Rusiya Könüllüləri” Korpusu düşmənin Nova Tavolyanka kəndində gizlənən texnikalarını məhv etməkdə davam edir”, - legionun açıqlamasında bildirilir.
Son həftələr “Rusiya Könüllüləri” Korpusu və “Azad Rusiya” Legionunun döyüşçüləri Rusiyanın Bryansk və Belqorod sərhədyanı vilayətlərində hərbi fəallıqlarını intensivləşdiriblər. Ukraynanın əks-hücumları genişləndikcə Rusiya daxilində hərbi aktivliyin daha da artacağı proqnozlaşdırılır.