İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı döyüşən kürd döyüşçüləri Suriya-Türkiyə sərhədində yerləşən Kobani şəhərinin böyük hissəsində nəzarəti ələ alıb.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, bu barədə mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda kürd döyüşçüləri Kobaninin 80 faizinə nəzarət edirlər.
Bu arada təşkilat həmçinin Hələb şəhərində prezident Bəşər Əsədə sadiq qüvvələrlə müxalif qruplar arasında döyüşlərin yenidən şiddətlənməsi ilə bağlı açıqlama verib.
Samir