2 İyun 2023 19:42
6 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Şafak” qəzetinin yazarı Yəhya Bostan yüzlərlə əfqan miqrantın Türkiyə sərhədlərinə doğru getdiyi videonun mənşəyinin hansı ölkə olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, jurnalist videonun İranda çəkildiyini deyib.

“14 may seçkilərinə az qalmış sosial şəbəkələrdə “sosial fayları minalayan” və seçkinin nəticələrinə birbaşa təsir edə biləcək videolar yayıldı. Videolarda yüzlərlə əfqan miqrantın Türkiyə sərhədlərinə doğru yürüş etdiyi əks olunub.

Bəllidir ki, qeyri-qanuni miqrasiya və qaçqın məsələsi Türkiyənin siyasətinə təsir edən həssas mövzulardan birinə çevrilib. Bu videoların mənbəyi xarici ölkə və onun kəşfiyyat orqanıdır. Məqsəd türk seçicilərini çaşdırmaq, qaçqınlara qarşı ocağa odun daşımaq və beləliklə də seçkinin nəticələrinə təsir etmək olub.

Əfqan qaçqınlarının izdihamlı qruplarının Türkiyə sərhədinə doğru hərəkət etdiyini əks etdirən mübahisəli videoları İran ərazilərində çəkilib. Videolar iranpərəst sosial media hesablarında yayılıb. Yerli mənbələrin məlumatına görə, İran təhlükəsizlik qüvvələri qaçqınları Türkiyə sərhədinə yönəldib və belə bir görüntülərin ortaya çıxmasına zəmin yaradıb”, - Yəhya Bostan bildirib.

Türkiyənin “Yeni Akit” qəzeti baş verənləri “xəyanət” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu