2 İyun 2023 23:39
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Baş naziri Viktor Orban Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsinin onda böyük rahatlıq yaratdığını bildirib.

Teleqraf.com xəbər verir ki, baş nazir Prezident Ərdoğanın seçkidəki rəqibi, CHP sədri Kamal Kılıçdaroğlunu “Sorosun adamı” adlandırıb.

“Təkcə Ərdoğanı dəstəkləmədim, həm də çox dua etdim. Qalib olmasaydı, faciə olardı. Ərdoğan qalib gəlməsəydi, Sorosun adamı Türkiyədə qalib gələcəkdi. Ərdoğanın qələbəsi bizə nəfəs kimi lazım idi”, - Orban deyib.

Kılıçdaroğlunu nəzərdə tutan baş nazir əlavə edib:

“Qalib gəlsəydi, Türkiyə sərhədlərini qaçqınların üzünə açacaqdı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər