3 İyun 2023 17:42
2 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçirilən prezident və parlament seçkilərindəki məğlubiyyətdən sonra CHP-də Kamal Kılıçdaroğluna yönəlik “istefa” səsləri yüksəlməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, seçkilərdən dərhal sonra “istefa” çağırışlarına qoşulan CHP-çi jurnalist Fatih Portakal Kılıçdaroğlunun öz kreslosunu qorumaq planını deşifrə edib.

CHP sədrinin oktyabrda keçiriləcək qurultayda qalib gələcəyini deyən Portakal onun İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə bağlı planını da açıqlayıb.

Jurnalist İmamoğlu ilə Kılıçdaroğlu arasındakı görüşün təfərrüatlarını yayımlayıb. CHP sədrinin məğlubiyyətə baxmayaraq vəzifəsini davam etdirəcəyini qeyd edən Portakal partiyanın oktyabrda qurultay keçirəcəyini, Kılıçdaroğlunun yenidən seçiləcəyini iddia edib.

Bundan əlavə, jurnalist Əkrəm İmamoğlunun yenidən seçkilərdə İstanbul bələdiyyə sədrliyinə namizəd olacağını söyləyib. O, həmçinin İstanbul Bələdiyyə Şurasında səs çoxluğu əldə etməsini şərt kimi qoyduğunu və belə bir ssenarinin reallaşacağı təqdirdə İmamoğlunun CHP sədri ola biləcəyini vurğulayıb.

Portakal iddia edib ki, bütün ssenarilər reallaşarsa və İmamoğlu CHP-nin sədri olarsa, Bəylikdüzünün bələdiyyə sədri Murad Çalıkın İstanbulun bələdiyyə sədrliyinə yolu açıla bilər.


Müəllif: Mənsur Rəğbətoğlu