3 İyun 2023 13:52
2 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçirilən prezident seçkisindən sonra gözlər Prezident Rəcəb Tayyib Ərdoğanın quracağı yeni Nazirlər Kabinetinə çevrilib.

Teleqraf.com xəbər verir ki, yeni dövrdə ən kritik postlardan biri Nurəddin Nəbatidən sonra boş qalan Xəzinə və Maliyyə Nazirliyi olacaq. Bu posta sabiq nazir Məhmət Şimşəkin gətiriləcəyi gözlənilir.

Kulis məlumatına görə, səhiyyə naziri Fahrettin Koca və mədəniyyət-turizm naziri Məhmət Ərsoy yeni kabinetdə də yerlərini saxlayacaqlar.

Digər yandan, Xarici İşlər Nazirliyi üçün MİT rəhbəri Hakan Fidana, Daxili İşlər Nazirliyi üçün Ali Yerlikayaya, Sənaye və Texnologiyalar Nazirliyi üçün Fatih Kacıra, Gənclər və İdman Nazirliyi üçün isə Osman Aşkın Baka telefon zəngi edildiyi bildirilir.

İddiaya görə, prezidentin mətbuat katibi İbrahim Kalın MİT-in başına keçirilə bilər. Fuat Oktayın isə vitse-prezident vəzifəsini davam etdirəcəyi deyilir.

Digər tərəfdən, Müdafiə Nazirliyi üçün Yaşar Gülərin, Ekologiya və Şəhərsalma Nazirliyi üçün Uğur İbrahim Altayın, Elm və Sənaye Nazirliyi üçün yenə də Fatih Kacırın və Nəqliyyat Nazirliyi üçün Hayri Baraçlının adları çəkilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər