3 İyun 2023 16:11
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində keçirilən mərasimdə and içib.

Teleqraf.com xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib.

*****

Türkiyə Böyük Millət Məclisi və Külliyədə (Prezident Kompleksi) Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə hazırlıq tamamlanıb.

Teleqraf.com xəbər verir ki, artıq Ərdoğan andiçmə mərasimi üçün Türkiyə Böyük Millət Məclisinə gəlib.

Dövlət başçısı binanın girişində vətəndaş izdihamı ilə qarşılanıb.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində and içdikdən sonra Anıtkabiri ziyarət edəcək, daha sonra Beştəpəyə gələcək.

Prezident Kompleksində Ərdoğanın vəzifəyə başlama mərasimi keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu