3 İyun 2023 20:11
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev Krımsız Ukrayna xəritəsini əks etdirən videoya görə Budapeştə rəsmi etiraz notası göndərib.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, Macarıstan hökuməti Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağıran videoda Krımı bu ölkənin ərazisi kimi göstərməyib.

“Macarıstan təxribatları dayandırmalı və BMT, Aİ və NATO-ya üzvlük çərçivəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməlidir”, - nazirliyin bəyanatında deyilir.

Qeyd olunur ki, videoda Krımın Ukraynanın tərkibində olmaması Budapeştin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər