Fransa Ukrayna-Rusiya münaqişəsinin nizamlanma prosesində moderator rolunu oynaya bilməz.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
D.Peskov bunun səbəbini Parisin Rusiya-Ukrayna münaqişəsində Kiyevin faktiki tərəfdarı kimi çıxış etməsi ilə əlaqələndirib.
D.Peskov əlavə edib ki, o, moderator rolunda Çin, Braziliya və bir sıra Afrika ölkələrini görür.