4 İyun 2023 20:42
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş naziri Benyamin Netanyahu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyini (AEBA) İranın nüvə fəaliyyətlərinə nəzarət etməməkdə günahlandırıb və BMT-nin nəzarət orqanının siyasiləşmiş və əhəmiyyətsiz olmaq riski altında olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Netanyahuya görə, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə yalan danışmaqda davam edir: "Agentliyin İran təzyiqi qarşısında təslim olması onun tarixində qara ləkədir. Əgər AEBA siyasi təşkilata çevrilərsə, o zaman onun İrandakı nəzarət fəaliyyəti də, İranın nüvə fəaliyyəti ilə bağlı hesabatları da mənasız olacaq”.

ABŞ Prezidenti Donald Tramp 2018-ci ildə İranın nüvə sazişindən çıxdıqdan sonra Tehran uranın zənginləşdirilməsini artırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər