5 İyun 2023 10:34
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günü - iyunun 4-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Donetskin cənubunda beş istiqamətdə eyni vaxtda 8 batalyonla genişmiqyaslı hücuma keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Rusiya MN-ın sözçüsü İqor Konaşenkovun sözlərinə görə, Ukrayna komandanlığı ərazilərdə 2 briqada, 6 mexanikləşdirilmiş və 2 tank batalyonu yerləşdirərək strateji ehtiyatları döyüşə cəlb edib.

Konaşenkov Ukrayna ordusunun əsas məqsədinin Rusiyanın müdafiəsini yarıb keçmək olduğunu bildirib.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun hazırda cəbhənin bu istiqamətində olduğu iddia edilir.

Ukrayna Baş Qərargahı cəbhənin bu hissəsində Silahlı Qüvvələrin əks-hücumu barədə məlumat verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər