Tehran diplomatik danışıqları rədd edərsə, ABŞ İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün bütün variantları nəzərdən keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə bu gün ABŞ dövlət katibi Entoni Blinken bildirib.
Blinkenin sözlərinə görə, İrana nüvə başlığı əldə etməyə icazə verilməyəcək və verilməməlidir.
“Biz diplomatiyanın İranın nüvə başlığı əldə etməsinin effektiv və davamlı şəkildə qarşısını almağın ən yaxşı yolu olduğuna inanmaqda davam edirik", - ABŞ diplomatiyasının rəhbəri vurğulayıb.