6 İyun 10:57
1 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun Ukraynada gündəlik itkiləri kəskin şəkildə artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son sutka ərzində rus ordusu 800-ə yaxın hərbçisini itirib. Əvvəlki gün isə bu rəqəm təxminən 400 olub.

Ümumilikdə, ötən ilin fevralın 24-dən bəri Rusiya Ukraynada 211 150 hərbçisini itirib.

Rusiyanın döyüş texnikalarında da itkiləri artıb. Gün ərzində rusların 12 tankı, 20 zirehli döyüş texnikası, 36 artilleriya sistemi, 6 yaylım atəşi sistemi, 2 hava hücumundan müdafiə sistemi, 1 helikopteri, 23 PUA-sı, 35 qanadlı raketi, 20 nəqliyyat vasitəsi və yük maşını, eləcə də 5 xüsusi texnikası məhv edilib.


Müəllif: Mənsur Rəğbətoğlu