6 İyun 2023 14:30
3 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu tərəfindən partladılmış Kaxovsk SES-i əvvəlki formada bərpa etmək mümkün deyil, avadanlıqlar tamamilə sıradan çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Ukrhidroenerqo” dövlət agentliyi məlumat yayıb.

“Kaxovsk SES tamamilə dağılıb. Stansiyanı bərpa etmək mümkün deyil”, - məlumatda deyilir.

Agentliyin məlumatına görə, Kaxov su anbarı yaxın 4 gün ərzində yoxa çıxacaq. Suyun səviyyəsi sürətlə aşağı düşür.

“Hazırda “Ukrhidroenerqo” vəziyyətin təhlilini davam etdirir, mütəxəssislərimiz dağıntıların miqyasını, suyun sürətini və həcmini dəqiqləşdirmək üzərində işləyirlər. Məlumat yenilənəcək”, - agentlik bildirib.

SES-in bəndinin partladılması Ukrayna ərazilərini, Dnepr çayının aşağı hissələrini daşqın təhlükəsi ilə üz-üzə qoyub.

Ukrayna Daxili İşlər Nazirliyi bənd partladılandan sonra evakuasiya edilən yaşayış məntəqələrinin siyahısını dərc edib. Bunlar Xerson, Antonivka şəhərləri, Komışanı, Mikolaivka, Olxivka, Livo, Tyaqinka, Ponyativka, İvanivka, Tokarivka, Pridniprovsk, Sadove və Priozerne yaşayış məntəqələridir.

Səhər saatlarında Kaxov SES-in bəndi ruslar tərəfindən partladılıb. Bənd dağılıb, nəticədə Kaxov su anbarından su nəzarətsiz formada axmağa başlayıb. Dnepr çayının aşağı axınında yaşayış məntəqələrini, o cümlədən Xersonu su basmağa başlayıb.

Bəndin dağılmasından sonra işğal altındakı Krımda şəhərələrə suyun verilməsi dayanıb.

Prezident Vladimir Zelenski olaydan dərhal sonra Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb. Prezident Aparatının rəhbəri Andrey Yermak Kaxov SES-in partladılmasını “ekoloji soyqırımı” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər