6 İyun 20:53
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı teleaparıcı və yumorist Maksim Qalkinin Türkiyənin Antalya şəhərindəki çıxışından sonra onun Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməsi ilə bağlı yoxlanması qərara alınıb.

Teleqraf.com xəbər verir ki, sənətçinin konsertinin təşkili ilə ukraynalı menecerlər məşğul olublar. Çıxışı zamanı Qalkin onu telefonla çəkməməyi xahiş edib. Səbəb kimi bildirib ki, buna görə konsertin təşkilatçıları cərimələnə bilərlər. Təşkilatçılara isə - “Ukraynadan gələn gözəl uşaqlar”, - deyə müraciət edib.

“Xalqın çağırışı” ictimai hərəkatının nümayəndələri bildiriblər ki, çox güman, konsertdən əldə olunan gəlirin bir hissəsini təşkilatçılar Ukrayna ordusunun dəstəklənməsinə yönləndiriblər.

Buna görə Qalkinin yoxlanması ilə bağlı Federal Təhlükəsizlik Xidmətinin Aleksandr Bortnikova müraciət göndərilib.

Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirməsi faktı təsdiqlənərsə, yumorist “terrorizmin sponsoru” elan ediləcək.


Müəllif: Teleqraf.com