7 İyun 2023 10:21
3 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaxov SES-in partladılmasında məqsəd Rusiyanın Ukrayna qüvvələrinin Dnepr çayının sol sahilinə Xerson vilayətinə enməsinin qarşısını almaq istəyi olub. Bu, heç bir şəkildə cəbhədə vəziyyətə təsir etməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

“Rusiya daşqından Dnepr çayını genişləndirmək üçün istifadə edə və bununla Ukraynanın onsuz da mürəkkəb su yolunda əks-hücum cəhdlərini çətinləşdirmək məqsədi güdə bilər. Rusiya mənbələri Ukraynanın çayı və Xerson vilayətinin şərq sahilində əks-hücuma keçməyə hazırlaşması ehtimalından kəskin və birmənalı olaraq narahatlığını bildirib”, - ISW qeyd edib.

Eyni zamanda amerikalı analitiklər bildirirlər ki, daşqın Ukraynanın Dnepr deltasında adalardakı mövqelərini dağıdıb və rus artilleriyasının atəşi altında onları təxliyə etməyə məcbur edib. Bununla belə, SES-in partladılması bütövlükdə vəziyyətə az təsir göstərir.

Ukrayna Baş Qərargahı da son açıqlamasında Silahlı Qüvvələrin Baxmutun cənubunda böyük məsafədə irəlilədiyinə eyham vurdu.

Bundan əlavə, ISW-nin məlumatına görə, Ukrayna qüvvələri Uqledarın qərbində, Zaporojedə - Velika Novosilka ərazisində taktiki uğur qazanır. Rusiya mənbələri də bu istiqamətdə gedən döyüşlər barədə məlumat yayıb. Amma Ukrayna ordusunun Baş Qərargahı hələlik bunu təsdiqləməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər