7 İyun 2023 12:03
2 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafiə qüvvələri Baxmut istiqamətində cinahlarda irəliləməyə davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Teleqram kanalında məlumat verib.

“Baxmut istiqaməti. Müdafiə qüvvələri cinahlarda irəliləməyə davam edir, düşmən Baxmut yaxınlığında mövqelərini itirir”, - Sirski bildirib.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) da Ukrayna ordusunun Baxmutun şimal və cənub-qərbində quru hücumlarını davam etdirdiyi haqda məlumat yayıb. Ukrayna qüvvələrinin Klişçivka (Baxmutdan 7 km şimal-qərbdə) və Berxivka (Baxmutdan 6 km şimalda) qəsəbələrinə daxil olduqları deyilir.

Hazırda Berxivkada döyüşlər getdiyi bildirilir. Bundan əlavə, Ukrayna qüvvələri Orixovo-Vasilivkadan Baxmutdan 11 km şimal-qərbə qədər irəliləyərək Baxmut-Slavyansk avtomobil yolu boyunca yüksəklikləri ələ keçirib.

“Vaqner” lideri Yevgeni Prıqojin də etiraf edib ki, Rusiya qoşunları Baxmutdan 18 km şimal-şərqdə Rozdolivka rayonu ərazisində bir sıra mövqelərini itiriblər.

Bəzi məlumatlara görə, Ukrayna hərbçiləri Klişivkanın qərbindəki mövqelərdən rusları sıxışdırıb çıxarıblar. ISW qeyd edir ki, hazırda bu qəsəbədə Rusiya xüsusi təyinatlıları Ukrayna ordusuna qarşı əməliyyat aparır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər