8 İyun 2023 08:00
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ federal prokurorları ölkənin keçmiş prezidenti Donald Trampa qarşı cinayət təhqiqatına başlayıblar.

Teleqraf.com xəbər verir ki, keçmiş dövlət başçısına proseslə bağlı məktub göndərilib.

Həftənin əvvəlində Trampın vəkilləri eyni vaxtda ölkənin Baş Prokurorluğu funksiyası yerinə yetirən ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüşüb.

Xüsusi prokuror Cek Smit hazırda keçmiş ABŞ liderinin məxfi sənədlərlə düzgün davranmamasını araşdırır. Nəşrin məlumatına görə, bildirişlə əlaqədar Smit Trampı cinayət işi üzrə ittiham etmək qərarına gələ bilər.


Müəllif: Teleqraf.com