8 İyun 2023 08:42
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadada tüğyan edən meşə yanğınlarına görə ABŞ-ın Nyu York şəhərində 1960-cı illərdən bəri ən aşağı hava keyfiyyəti müşahidə olunub.

Teleqraf.com-un məlumatına görə, bu barədə "Fox News" xəbər verib.

Nyu-York meri Erik Adams, eləcə də səhiyyə və fövqəladə hallar idarəsi nümayəndəli ilə birlikdə sakinlərə mümkün qədər evdə qalmaq və küçələrdə qoruyucu maskalar taxmaq barədə xəbərdarlıq edib.

Şəhərin səhiyyə departamentinin nümayəndəsi doktor Eşvin Vasan qeyd edib ki, havanın keyfiyyətinin kəskin şəkildə pisləşməsi vətəndaşların, xüsusən də yaşlı və azyaşlı uşaqların sağlamlığı üçün real təhlükə yaradır.


Müəllif: Teleqraf.com