8 İyun 2023 15:50
2 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kaxovka su elektrik stansiyasını (SES) Ukrayna partladıb”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Kaxovka SES-i kimin partlatdığını yəqin ki, təxmin edə bilərsiniz. Oğrunun papağının yandığını da deyirlər. Bu barədə ilk qışqıran kim oldu?”, - Belarus lideri bildirib.

Lukaşenkonun iddiasına görə, SES partladılmasına səbəb guya Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğursuz başlanğıcını gizlətmək zərurəti olub:

“Ukrayna tərəfi 200-ə yaxın zirehli texnikanın məhv edildiyi və 2 mindən çox insanın öldüyü üç günlük əks-hücum əməliyyatını gizlətməli oldu. Kaxovka səbəbindən heç kim bundan danışmır. Bütün bunlar göz qabağındadır”.

Belarus prezidenti həmçinin qeyd edib ki, ABŞ Kaxovka bəndinin zədələnməsi ilə bağlı ehtiyatlı mövqe seçib. Bu, guya onu göstərir ki, amerikalılar rusların bəndi partlatdığına inanmırlar.

ABŞ hökuməti (Ağ Ev) bundan əvvəl bəyan edib ki, SES-in zədələnməsinə görə Rusiya məsuliyyət daşıyır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər