8 İyun 2023 16:07
2 800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sanksiyalara baxmayaraq, əsas elektron avadanlıqların idxalını istədiyi həcmdə bərpa edə bilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” qəzeti məlumat yayıb.

ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim Obrayn nəşrə bildirib ki, Rusiyaya əsas mikroçiplərin və elektron avadanlıqların idxalı müharibədən əvvəlki səviyyəyə qayıdıb:

“Problem ondan ibarətdir ki, Avropa şirkətləri materialları başqa ölkələrə satır, onlar da öz növbəsində bunları Rusiyaya satırlar. Bu ilin əvvəlində Rusiya bəzi əsas kateqoriyalı elektron avadanlıqları idxal edə bilib”.

O, bura çiplər, prosessorlar və inteqral sxemlərin daxil olduğunu söyləyib.

ABŞ rəsmisi qeyd edib ki, bu komponentlər müasir silahların istehsalında çox vacibdir. Onun sözlərinə görə, ABŞ sanksiyalardan yayınmağa kömək edən 5 ölkə müəyyən edib: onlar Türkiyə, Qazaxıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistandır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər