8 İyun 2023 18:26
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan, Fransa və Birləşmiş Ərəb Əmirlikləri donanmaları Oman körfəzində ilk üçtərəfli təlim keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd edilib ki, iki gün davam edəcək təlimlər zamanı yerüstü döyüş əməliyyatları, o cümlədən taktiki atəş və yerüstü raket təlimləri, vertolyotların eniş əməliyyatları, təkmil hava hücumundan müdafiə və eniş əməliyyatları kimi geniş spektrli dəniz əməliyyatları həyata keçiriləcək.

Təlimlər üç ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər