NATO Baş katibi Yens Stoltenberqin sədrliyi ilə NATO-Ukrayna Komissiyasının Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın iştirakı ilə iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
İclasa virtual formatda qatılan ukraynalı nazir Kuleba, müttəfiqlərə Ukraynanın cənubundakı Nova Kaxova su anbarının dağıdılması və bunun nəticələri barədə məlumat verib.
NATO müttəfiqləri Ukraynaya su filtrləri, nasoslar, generatorlar və sığınacaq avadanlıqları da daxil olmaqla yardımlar göstərməkdə davam edəcəklərini bildiriblər.
İclasda NATO müttəfiqləri və tərəfdaşları ilə Ukraynanın ən təcili ehtiyaclarının ətraflı siyahısını paylaşıb.
Baş katib Ukraynaya təcili, orta və uzunmüddətli dəstəyin vacibliyini vurğulayaraq, bunun gələn həftə NATO Müdafiə Nazirləri və Ukrayna Müdafiə Təmas Qrupunun görüşləri, eləcə də iyulda Vilnüs Sammiti üçün əsas mövzu olacağını bildirib.