9 İyun 2023 12:50
7 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni dövr üçün xarici səfərlərinə simvolik start verir.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, ənənəsini pozmayan Türkiyə lideri iyunun 12-də Şimali Kipr Türk Cümhuriyyətinə, 13-də isə Azərbaycana səfər edəcək.

Prezident Ərdoğan Kiprə səfəri zamanı bu ölkədən olan həmkarı Ərsin Tatarla görüşəcək. Türkiyə liderinin adadan önəmli mesajlar verəcəyi gözənilir.

Bir gün sonra Ərdoğanın dayanacağı Azərbaycan olacaq. İyunun 13-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək. Bu səfər zamanı iki lider Cənubi Qafqazda sülh və sabitlik barədə mesajlar verəcək.

Bu, seçildikdən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın ilk xarici səfəri olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu