10 İyun 2023 11:12
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevə yeni hərbi yardım paketinin ayrılması Ağ Evin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

Səfir ABŞ-ı Ukraynanı ölümcül silahlarla təchiz etməkdə günahlandırıb.

Diplomat vurğulayıb ki, bu məqsədlər üçün belə güclü maliyyə resurslarının ayrılması bir şeyi göstərir: "Vaşinqton münaqişənin diplomatik yolla həlli yollarını axtarmaq niyyətində deyil. Administrasiyanın nümayəndələri Zelenski rejimini danışıqlar masasına oturtmaq üçün heç nə etməyiblər”.

Anatoli Antonovun sözlərinə görə, Vaşinqton heç vaxt Kiyevi tənqid etmir. Onun bütün hərəkətləri bəyənilir və ruslara vurulan hər cür zərbələr həvəsləndirilir.


Müəllif: Mahir

Oxşar xəbərlər