10 İyun 2023 10:21
1 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələri Ukraynada son sutka ərzində 890-dan çox hərbçi itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ümumilikdə, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 214 660 hərbçisi məhv edilib.

Qeyd edilib ki, Rusiyanın digər döyüş itkiləri 3 909 tank, 7607 zirehli maşın, 3263 operativ-taktiki PUA, 3717 artilleriya sistemi, 362 hava hücumundan müdafiə sistemi, 600 reaktiv yaylım atəş sistemi, 314 təyyarə, 299 helikopter, 6428 avtomobil və tanker,18 gəmi, 1176 qanadlı raket və 507 xüsusi texnikadan ibarətdir.


Müəllif: Teleqraf.com