Türkiyədə 14 may seçkilərinə 1 ay yarım qalmış İYİ Partiyadan istefa verən 27-ci dövr İstanbul millət vəkili Yavuz Ağıralioğlu yeni partiya quracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib.
Ağıralioğlu bildirib ki, millət partiya mübarizəsindən və lider sevgisindən doyub: “Köhnə nəsil siyasəti bitdi. Türkiyədə “bizi kimin xilas edəcək” hissini dəyişmək lazımdır. İnanıram ki, biz çox yaxşı siyasi mühit yarada bilərik. Dərsimizi yaxşı oxuduq. Nəyin səhv olduğunu təhlil etdik. Bu millət döyüşməkdən yorulub”.