Somalidə uşaq meydançasında raket partlaması nəticəsində 22 uşaq ölüb, 3-ü yaralanıb.
Teleqraf.com xəbər verir ki, bunu bölgənin rəsmisi İbrahim Malabov açıqlayıb.
Əl-Şəbab terror təşkilatını günahlandıran Malabov ölən uşaqlardan 16-nın oğlan, 6-nın qız olduğunu bildirib.
Hadisənin baş verdiyi əraziyə nəzarət edən Əl-Şəbab partlayışın Afrika İttifaqının Somalidəki keçid missiyasının atdığı əl qumbarası nəticəsində baş verdiyini iddia edib.