Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, insident Poldinq dairəsində yaşayış evində baş verib. “Atlanta Journal-Constitution” qəzetinin məlumatına görə, 21 yaşlı Feliks Almonte yerli polisdə çavuş rütbəsində xidmət edən ögey atası Sem Driskelin tapançasını ələ keçirərək onu, anasını və 12 yaşlı bacısını qətlə yetirib, sonra isə özünə atəş açaraq intihar edib.
Sem Driskelin işə çıxmadığını görən həmkarları məsələyə aydınlıq gətirmək üçün evinə gəliblər və burada 4 cəsəd aşkarlayıblar.
Hadisənin səbəbi araşdırılır.