Prezident Rəcəb Tayyib Ərdoğanın əməliyyat olunacağı ilə bağlı iddialar əsassızdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzindən bildirilib.
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın sağlamlıq vəziyyəti ilə bağlı irəli sürülən iddialar qətiyyən doğru deyil. İctimai rəyi manipulyasiya etməyə yönəlmiş əsassız iddialara etibar etməyin", - deyə açıqlamada bildirilir.