Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevə respublikanın şərqində baş verən irimiqyaslı meşə yanğınları ilə bağlı başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi Abay rayonunda baş vermiş iri meşə yanğını nəticəsində daha 11 nəfərin öldüyünü, qurbanların ümumi sayının 14 nəfər olduğunu açıqlayıb.
Yanğınla mübarizəyə 662 canlı qüvvə və 177 texnika cəlb olunub.