10 İyun 2023 21:10
2 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin hücum cəhdlərinin dəf edilməsi Rusiya hərbçilərinin yüksək keyfiyyətli təlim keçdiyini göstərib.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun istefada olan zabiti Stavros Atlamazoğlu “Sandboxx” nəşrindəki məqaləsində yazıb.

“Keçən ilin yayından bəri Rusiya ordusu Ukraynada yaxın tarixin ən geniş müdafiə şəbəkələrindən birini qurdu”.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin hücumlarına yaxşı hazırlaşıb və Ukraynaya gətirilən Almaniyanın Leopard 2A6 və Amerikanın M2 Bradley tanklarını artıq yararsız hala gətirir.

Atlamazoğlu həmçinin qeyd edib ki, Ukrayna hərbçiləri hava üstünlüyünün olmaması səbəbindən Rusiya Silahlı Qüvvələrinin artilleriyasına effektiv müqavimət göstərə bilməyəcək, bu səbəbdən Qərbin ən son texnologiyasına malik Ukrayna ordusu açıq sahədə riskə getməlidir.

“Artıq əks-hücumunun ilkin mərhələsində Ukraynanın həqiqətən peşəkar rus ordusu ilə mübarizə apardığı aydındır”, - zabit vurğulayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər